Koqnitiv Davranışçı Terapiya (KDT) Nədir?
Koqnitiv Davranışçı Terapiya (KDT) insanın duyğu və düşüncələrinə mənfi təsir göstərən, dağıdıcı və narahatedici düşüncə nümunələrini müəyyənləşdirməyi və bunları daha konstruktiv olanlarla necə əvəz etməyi öyrənməyi hədəfləyən, strukturlaşdırılmış və məqsədyönlü bir psixoterapiya yanaşmasıdır.
Koqnitiv Davranışçı Terapiyanın (KDT) məqsədlərinə aşağıdakılar daxil ola bilər:
- İnsanın həyəcan və stresə səbəb olan düşüncə xətalarını fərq etməsinə şərait yaradıb bunları reallıq çərçivəsində yenidən dəyərləndirməyi öyrətmək
- İnsanın qarşılaşdığı çətin vəziyyətlərlə baş etmə üsulları inkişaf etdirməsi üçün ona problem həll etmə bacarıqları qazandırmaq
- İnsanın özünə qarşı qəbul edici və özünə güvən hissi ilə yanaşmasını təmin etmək
Koqnitiv davranışçı terapiya uyğunsuz və neqativ düşüncə nümunələrini, reaksiyaları və davranışları müəyyən edib onları daha müsbət və funksional olanlarla əvəz etməyi hədəfləyir. Bu baxımdan Koqnitiv Terapiya və Davranış Terapiyası texniklərini birlikdə istifadə edir.
Koqnitiv Davranışçı Terapiya (KDT) Hansı Psixoloji Problemlərin Həllində Təsirlidir?
Koqnitiv Davranışçı Terapiya (KDT) insanın mövcud inanclarına, düşüncə xətalarına fokuslanan qısa müddətli bir psixoterapiya üsuludur. KDT bir çox psixoloji problemə qarşı dəstəkvericidir, onlardan bəziləri:
Koqnitiv Davranışçı Terapiya (KDT) Seans Prosesi
Koqnitiv Davranışçı Terapiya (KDT) adətən qısa müddətli, məqsəd (simptom) yönümlü, strukturlaşdırılmış bir psixoterapiya yanaşmasıdır. Təxminən 10–15 seans görüş keçirilir, lakin bu, terapevt və müraciət edən şəxsin qərarına əsasən daha uzun və ya daha qısa olaraq müəyyən edilə bilər.
Seans müddəti təxminən 45–50 dəqiqədir və adətən həftədə 1 dəfə görüşülür, lakin terapevtin işləmə tərzinə görə, sona yaxınlaşdıqca seans aralığı 2 həftə, 3 həftə kimi azaldılaraq davam etdirilə bilər.
Terapiyanın başlanğıcında terapevt, müraciət edən şəxsi Koqnitiv Davranışçı Terapiya (KDT) haqqında məlumatlandıraraq əsas KDT texnika və anlayışlarını izah edir. Bu məlumatvermə Psixotəhsil adlanır. Bu yolla müraciət edən şəxsin prosesə dair anlayışı artır, sual işarələri isə azalır.
Terapiya prosesinin sonuna yaxınlaşdıqda, müraciət edən şəxsin əldə etdiyi qazancı möhkəmləndirmək üçün terapevtsiz də həyatda çətinliklərlə baş etmə bacarıqlarını təkbaşına istifadə edə bilməsinə yönəlik çalışmalar aparıla bilər.
Koqnitiv Davranışçı Terapiyada (KDT) İstifadə Olunan Texnikalar
Psixoterapiya Yanaşmaları və Məktəbləri
Koqnitiv Davranışçı Terapiya (KDT) insanın duyğu və düşüncələrinə mənfi təsir göstərən, dağıdıcı və…
Sxem terapiya, insanın klinik mənada uyğunsuz davranışlar sərgiləməsinə və ya münasibətlərində…
Psixoanalitik və ya psixodinamik terapiyalar Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanan…
Varoluşçu terapiya insan azadlığı, məsuliyyət, mənəvi anlam və ölümün labüdlüyü kimi insan…
Gestalt terapiyası, insanın anlıq təcrübəsinə fokuslanan, şəxsi məsuliyyət və özfərqindəliyi önə…
EMDR terapiya, xüsusilə travma mənşəli simptomların, xatirə və təcrübələrin işlənməsinə kömək edir…
Duyğu yönümlü terapiya, fərdlərin duyğularını daha yaxşı dərk etmələrinə, anlamaqlarına və…
Qəbul və Qərarlılıq Terapiyası, idrak-davranışçı terapiyaların inkişafı ilə formalaşan bir…
Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası, idrak yönümlü psixoterapiyanı şüurlu fərqindəlik, yəni…
Sistemli ailə terapiyası şəxslərin fərdi problemləri əvəzinə ailə quruluşuna dair problemlərə…
Tətbiqi endirin və ehtiyacınıza uyğun ən münasib mütəxəssisləri incələyin. Mütəxəssisinizi yaxından tanımaq üçün 15 dəqiqəlik pulsuz ilkin görüşünüzü indi planlaşdırın.
Dərhal Başla
