Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası (MBCT) Nədir?
Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası, idrak yönümlü psixoterapiyanı şüurlu fərqindəlik, yəni mindfulness texnikələri ilə birləşdirir.
Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyasında məqsəd, insanın duyğu, düşüncə və daxili aləminə qarşı daha şüurlu bir anlayış qazanmasıdır. Pasiyentin öz daxili dünyasını mühakimə etmədən müşahidə etməsi və sıxıntı yaradan mənfi sxemlərinə qarşı fərqindəlik inkişaf etdirməsi hədəflənir.
Seanslarda mindfulness (şüurlu fərqindelik), bədən skanı, an-a fokuslanma məşqləri kimi tətbiqlərdən istifadə oluna bilər. Digər tərəfdən koqnitiv-davranışçı terapinin mənfi düşüncələri tanımaq, onları daha pozitiv düşüncə nümunələri ilə əvəzləmək kimi texnikalarından da yararlanmaq olar.
Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapi Hansı Psixoloji Problemlərin Həllində Təsirlidir?
Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapi (MBCT) insanın həyəcan, stres yaradan simptomlarla baş edə bilməsi üçün bəzi texnika və məşqləri əhatə edir. Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapi əsasən insanın stres və həyəcanla mübarizə strategiyaları formalaşdırmasına və çətinliklərə qarşı dözümlülük qazanmasına kömək edə bilir.
Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapidə (MBCT) Seans Prosesi
Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapi (MBCT) seansları adətən qrup formatında keçirilir və bir neçə ay davam edə bilər. Qrup şəklində aparılan terapevtik proseslərdə iştirakçıların təcrübələrini bölüşməsi və sosial dəstək mühitinin formalaşması mümkün olur. Terapevt bəzən ev tapşırıqları vasitəsilə terapiya prosesini dəstəkləyə bilər.
Şüurlu Fərqindəliyə əsaslanan Koqnitiv Terapidə (MBCT) İstifadə Olunan Anlayış və Texnikalar
Psixoterapiya Yanaşmaları və Məktəbləri
Koqnitiv Davranışçı Terapiya (KDT) insanın duyğu və düşüncələrinə mənfi təsir göstərən, dağıdıcı və…
Sxem terapiya, insanın klinik mənada uyğunsuz davranışlar sərgiləməsinə və ya münasibətlərində…
Psixoanalitik və ya psixodinamik terapiyalar Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanan…
Varoluşçu terapiya insan azadlığı, məsuliyyət, mənəvi anlam və ölümün labüdlüyü kimi insan…
Gestalt terapiyası, insanın anlıq təcrübəsinə fokuslanan, şəxsi məsuliyyət və özfərqindəliyi önə…
EMDR terapiya, xüsusilə travma mənşəli simptomların, xatirə və təcrübələrin işlənməsinə kömək edir…
Duyğu yönümlü terapiya, fərdlərin duyğularını daha yaxşı dərk etmələrinə, anlamaqlarına və…
Qəbul və Qərarlılıq Terapiyası, idrak-davranışçı terapiyaların inkişafı ilə formalaşan bir…
Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası, idrak yönümlü psixoterapiyanı şüurlu fərqindəlik, yəni…
Sistemli ailə terapiyası şəxslərin fərdi problemləri əvəzinə ailə quruluşuna dair problemlərə…
Tətbiqi endirin və ehtiyacınıza uyğun ən münasib mütəxəssisləri incələyin. Mütəxəssisinizi yaxından tanımaq üçün 15 dəqiqəlik pulsuz ilkin görüşünüzü indi planlaşdırın.
Dərhal Başla
