Giriş
Giriş

Sxem Terapiya Nədir?

Sxem terapiya, insanın klinik mənada uyğunsuz davranışlar sərgiləməsinə və ya münasibətlərində problemlər yaşamasına səbəb ola bilən düşüncə nümunələri üçün işlədilən “sxem” anlayışı ilə işləyərək sağalmanı hədəfləyən psixoterapiya növüdür.

Sxemlər uşaqlıq dövrünə gedib çatan, əsasən həyatın ilk mərhələlərində formalaşan və sonrakı dövrlərdə insanın psixoloji problemlər yaşamasına səbəb ola bilən uyğunsuz örüntülərdən ibarət ola bilər. Sərhəd qoya bilməyən və ya həddindən artıq narahat davranan, övladını emosional və ya fiziki ehtiyaclarından məhrum edən valideynlər adətən uyğunsuz sxemlərin inkişafının mənbəyi kimi qəbul olunur.

Böyüklük dövründə mənfi sxemlər özünü mənfi düşüncə və davranışlar, qaçınma, həddən artıq fədakarlıq, həddən artıq kompensasiyaetmə kimi davranışlarda göstərə bilər. Bu cür davranış örüntüləri insanın münasibətlərində zədələnməyə səbəb ola, ümumi rifahına mənfi təsir göstərə bilər.

Sxem terapiyada məqsəd insanın öz davranışlarını tanıyıb onların altında yatan səbəbləri anlaması və bu davranış nümunələrini dəyişdirərək münasibətlərində və həyatda qarşılaşdığı çətinliklərlə baş etmə mexanizmləri qazanmasıdır.

Sxem terapiya, Koqnitiv Davranışçı Terapiya (KDT), psixoanaliz, Gestalt terapiyası kimi yanaşmalardan ortaq elementlər daşıyır. Hələ yeni bir psixoterapiya yanaşması olmasına baxmayaraq, kifayət qədər geniş yayılmış və təsirli olduğu müşahidə olunmuşdur və bir çox mütəxəssis tərəfindən klinik şəraitdə tətbiq edilir.

Doğulduğu andan etibarən valideynlə qurulan qarşılıqlı əlaqə ilə başlayıb formalaşan 18 uyğunsuz sxem mövcuddur. Bu sxemlər uşağın emosional ehtiyaclarının beş ölçü üzrə ödənilməməsi ilə əlaqələndirilir:

  • Qopma və Rədd edilmə
  • Zədələnmiş Müstəqillik
  • Zədələnmiş Sərhədlər
  • Başqalarına Yönəliklik
  • Həddən artıq Həssaslıq və Basdırılmışlıq

Sxem Terapiya Hansı Psixoloji Problemlərin Həllində Təsirlidir?

Sxem terapiyanın erkən yaşlardan etibarən uyğunsuz sxemlər inkişaf etdirərək həyatında çətinliklər yaşayan insanların sağalma prosesində təsirli olduğu müşahidə edilmişdir. Aşağıdakı psixoloji çətinliklər üçün sxem terapiyadan tez-tez istifadə olunur:

Depressiya
Anksiyete (həyəcan) pozğunluqları
Travmadan Sonra Stress Pozuntuları
Asılılıq
Yemək pozğunluqları
Münasibət problemləri
Obsesiv-kompulsiv pozuntu

Sxem Terapiya Seans Prosesi

Sxem terapiyanın məqsədi insanın əsas emosional ehtiyaclarının ödənilməsinə kömək etməkdir. Seans prosesi boyu insana duyğularla təmas qurmağı öyrətmək, sxem və modlara sərhədlər əlavə etmək, daha funksional sxem və modlar formalaşdırmaq hədəflənir.

Şema terapiyası seanslarının nə qədər davam edəcəyi, şəxsin ehtiyaclarına uyğun olaraq terapevtin tövsiyəsinə görə dəyişə bilər. Şema terapiyası adətən 6 ilə 12 ay arasında, həftədə bir dəfə keçirilən görüşlər şəklində davam edir.


Şema Terapiyada İstifadə Olunan Texnikalar

Şema terapiyada koqnitiv, emosional, davranışçı və terapevtik münasibət texnikələri olmaqla 4 başlıq altında istifadə olunan bəzi texnikalar bunlardır:

Sxem gündəliyi
Öhdəsindən gəlmə kartı
Təsəvvür etmə tətbiqləri
Davranış texnikaları
Empatik üzləşdirmə

Psixoterapiya Yanaşmaları və Məktəbləri

Koqnitiv Davranışçı Terapiya (KDT) Nədir?

Koqnitiv Davranışçı Terapiya (KDT) insanın duyğu və düşüncələrinə mənfi təsir göstərən, dağıdıcı və…

Sxem Terapiya Nədir?

Sxem terapiya, insanın klinik mənada uyğunsuz davranışlar sərgiləməsinə və ya münasibətlərində…

Psixodinamik / Psixoanalitik Terapiya Nədir?

Psixoanalitik və ya psixodinamik terapiyalar Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanan…

Varoluşçu Terapiya Nədir?

Varoluşçu terapiya insan azadlığı, məsuliyyət, mənəvi anlam və ölümün labüdlüyü kimi insan…

Gestalt Terapi Nədir?

Gestalt terapiyası, insanın anlıq təcrübəsinə fokuslanan, şəxsi məsuliyyət və özfərqindəliyi önə…

EMDR Terapi Nədir?

EMDR terapiya, xüsusilə travma mənşəli simptomların, xatirə və təcrübələrin işlənməsinə kömək edir…

Duyğu Yönümlü Terapiya Nədir?

Duyğu yönümlü terapiya, fərdlərin duyğularını daha yaxşı dərk etmələrinə, anlamaqlarına və…

Qəbul və Qərarlılıq Terapiyası Nədir?

Qəbul və Qərarlılıq Terapiyası, idrak-davranışçı terapiyaların inkişafı ilə formalaşan bir…

Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası (MBCT) Nədir?

Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası, idrak yönümlü psixoterapiyanı şüurlu fərqindəlik, yəni…

Sistemli Ailə Terapiyası Nədir?

Sistemli ailə terapiyası şəxslərin fərdi problemləri əvəzinə ailə quruluşuna dair problemlərə…

Özünüzü daha yaxşı hiss etməyə bu gün başlayın

Tətbiqi endirin və ehtiyacınıza uyğun ən münasib mütəxəssisləri incələyin. Mütəxəssisinizi yaxından tanımaq üçün 15 dəqiqəlik pulsuz ilkin görüşünüzü indi planlaşdırın.


Dərhal Başla

Məşhur Başlıqlar

Dəstəyə ehtiyacınız var? Bizimlə əlaqə saxlayın!

Bizimlə əlaqə saxlayın