Giriş
Giriş

Psixodinamik / Psixoanalitik Terapiya Nədir?

Psixoanalitik və ya psixodinamik terapiyalar Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanan danışıq terapiyası məktəbləridir. Uşaq­lıq təcrübələrinə, valideynlərlə münasibətlərə və şüuraltı zəkanın insanın davranışlarına təsirinə fokuslanaraq psixoloji sıxıntı və narahatlıqların öhdəsindən gəlməyi hədəfləyir.

Freyd şüuraltının, ödənilməmiş və daim üzə çıxmağı gözləyən arzularla formalaşdığını müdafiə edir. Ona görə, bu şüursuz təsirlər cəmiyyətin qanunları ilə qarşılaşdıqda insanda daxili münaqişələr yaradaraq müxtəlif narahatlıqlara səbəb ola bilər.

Psixoanalitik terapiyalarda terapevt və məsləhət alan arasındakı terapevtik münasibət xüsusi əhəmiyyət daşıyır. Qurulan terapevtik münasibət, terapiya prosesinə aid ayrıca bir iş sahəsi yaradır. Məsləhət alanın terapevtə qarşı tutum və davranışları onun daxilləşdirdiyi münasibətlərə dair ipucları daşıyır. Bu tutum məsləhət alanın terapevtə yönəlmiş aktarımıdır. Terapevt isə seans boyunca özünün məsləhət alana qarşı tutumunu, onda oyadılan hiss və düşüncələrini sorğulayıcı şəkildə izləyir. Terapevtdə oyadılan bu hiss və düşüncələr qarşı-aktarımı ifadə edir.


Psixodinamik / Psixoanalitik Terapi Hansı Psixoloji Problemlərin Həllində Effektivdir?

Psixodinamik / psixoanalitik terapiya insanın hazırkı hiss, düşüncə və davranışlarına təsir edən keçmiş təcrübələrinə dair fərqindelik qazanması, şüuraltını şüur səviyyəsinə gətirərək onu mənalandırması və şəx­siyyəti ilə inteqrasiya etməsi proseslərini əhatə edir. Psixoanalitik yönümlü psixoterapiyalar ümumiyyətlə insana içgörü qazandırmaq baxımından xeyli faydalıdır, lakin kömək ola biləcəyi bəzi psixoloji pozuntular bunlardır:

Anksiyete (həyəcan) pozğunluqları
Depressiya
Travmadan Sonra Stress Pozuntuları
Cinsi pozuntular
Fobiyalar
Özünəinam problemləri
Münasibət problemləri

Psixodinamik / Psixoanalitik Terapi Seans Prosesi

Psixoanalitik terapiya seansları həftədə bir və ya iki dəfə olmaqla keçirilir. Seans prosesində məqsəd, məsləhət alanın müxtəlif səbəblərlə sıxışdırıb “mən”indən uzaqlaşdırmağa çalışdığı şüuraltı materialları üzə çıxarmaq və onun içgörü qazanmasını təmin etməkdir. Məsləhət alan əldə etdiyi içgörü ilə gerçək istəklərinin, arzu və xəyallarının fərqinə varacaq və bu yolla həyatındakı təkrarlanan nümunə və sxemlərdən azad olacaq.

Psixoanalitik yönümlü psixoterapiyalarda sürətli bir proses gözlənilmir. Fərqindelik qazanmalı olan şəxs məsləhət alandır; şüuraltının qəbuledilməz arzu və istəklərinin üzə çıxması uzunmüddətli bir proses ola bilər və bu ortaya çıxış yalnız məsləhət alan buna hazır olduqda mümkündür. Fərdi xüsusiyyətlər və müxtəlif müdafiə/rezistentlik mexanizmləri psixoanalitik terapiyaların müddətini dəyişdirə bilər.


Psixodinamik / Psixoanalitik Terapiyada İstifadə Olunan Anlayış və Texnikalar

Sərbəst assosiasiya
Yuxu analizi
Şüuraltı sürüşmələr / Ehtiyatsız hərəkətlər
Köçürmə və qarşı köçürmə

Psixoterapiya Yanaşmaları və Məktəbləri

Koqnitiv Davranışçı Terapiya (KDT) Nədir?

Koqnitiv Davranışçı Terapiya (KDT) insanın duyğu və düşüncələrinə mənfi təsir göstərən, dağıdıcı və…

Sxem Terapiya Nədir?

Sxem terapiya, insanın klinik mənada uyğunsuz davranışlar sərgiləməsinə və ya münasibətlərində…

Psixodinamik / Psixoanalitik Terapiya Nədir?

Psixoanalitik və ya psixodinamik terapiyalar Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanan…

Varoluşçu Terapiya Nədir?

Varoluşçu terapiya insan azadlığı, məsuliyyət, mənəvi anlam və ölümün labüdlüyü kimi insan…

Gestalt Terapi Nədir?

Gestalt terapiyası, insanın anlıq təcrübəsinə fokuslanan, şəxsi məsuliyyət və özfərqindəliyi önə…

EMDR Terapi Nədir?

EMDR terapiya, xüsusilə travma mənşəli simptomların, xatirə və təcrübələrin işlənməsinə kömək edir…

Duyğu Yönümlü Terapiya Nədir?

Duyğu yönümlü terapiya, fərdlərin duyğularını daha yaxşı dərk etmələrinə, anlamaqlarına və…

Qəbul və Qərarlılıq Terapiyası Nədir?

Qəbul və Qərarlılıq Terapiyası, idrak-davranışçı terapiyaların inkişafı ilə formalaşan bir…

Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası (MBCT) Nədir?

Şüurlu Fərqindəlik Əsaslı İdrak Terapiyası, idrak yönümlü psixoterapiyanı şüurlu fərqindəlik, yəni…

Sistemli Ailə Terapiyası Nədir?

Sistemli ailə terapiyası şəxslərin fərdi problemləri əvəzinə ailə quruluşuna dair problemlərə…

Özünüzü daha yaxşı hiss etməyə bu gün başlayın

Tətbiqi endirin və ehtiyacınıza uyğun ən münasib mütəxəssisləri incələyin. Mütəxəssisinizi yaxından tanımaq üçün 15 dəqiqəlik pulsuz ilkin görüşünüzü indi planlaşdırın.


Dərhal Başla

Məşhur Başlıqlar

Dəstəyə ehtiyacınız var? Bizimlə əlaqə saxlayın!

Bizimlə əlaqə saxlayın